Agency Modern

ÜSTÜNLÜKLƏRİMİZ

Professionallıq

Proqramlaşdırmanı mükəmməl bilirik və keyfiyyətli kod yazırıq, sizə lazım olan proqramlar üçün ən ideal alqoritmi tərtib edirik

Planlı iş

Təcrübəli komandamızla xidmət göstəririk və işimizi plan üzrə görürük

Etibarlılıq

İşinizi öz işimiz kimi edirik və hər zaman göstərdiyimiz xidmətlərin arxasındayıq

Haqqımızda

Bizi daha yaxından tanıyın

  • BİZ KİMİK
  • MİSSİYAMIZ
  • PERSPEKTİVİMİZ

Websuper internet sahəsində peşəkar proqram həlləri istehsal edən proqramlaşdırma şirkətidir. Biz istifadəçi təcrübəsinə yönəlmiş, müasir dizaynlı və sürətli veb-saytlar hazırlayırıq. Proqramlaşdırma şirkəti olaraq, mövcud fəaliyyətini internet mühitinə köçürmək, biznesini genişləndirmək və rəqəmsallaşdırmaq istəyən şirkətlərə və fərdi istifadəçilərə xidmət göstəririk.

Komandamızda öz sahəsində mütəxəssis olan və 10 ildən artıqdır ki, bu sahədə olanlar və həmçinin təhsilini yenicə bitirmiş həvəsli yeni məzunlar var. Websuperin təcrübə və innovativ yanaşmanı birləşdirərək rəqabətqabiliyyətli, keyfiyyətli məhsullar yaradan və inkişaf etdirən bir proqramlaşdırma şirkəti olduğunu da deyə bilərik.

Websuper

Websuper ilə rəqəmsal dünyada texnologiyanın gücünü hiss edin.

alt

BİZ KİMİK

Korporativ və ya fərdi ehtiyaclar üçün veb-layihələri hazırlayırıq

Websuper olaraq başladığımız gündən bəri ən əsas missiyamız miqyasından asılı olmayaraq kiçik, orta və ya böyük bizneslərin rəqəmsal çevrilişinə töhfə verməkdir. Bu proseslərdə biz İT komandası kimi fəaliyyət göstərərək müəssisələrin rəqəmsal dünyada tutacağı yolu işıqlandırmağa çalışırıq.

Əsas məqsədimiz həm mövcud, həm də müştərilərimizin ehtiyaclarına uyğun olaraq hazırladığımız veb-həllərlə müştərilərimizin korporativ strukturlarını gücləndirərək və işlərini rəqəmsal dünyaya köçürərək resurs və xərclərə qənaət etmələrini təmin etməkdir. Bu missiyanı həyata keçirərkən, müştərilərimizin ehtiyaclarını ən müasir texnologiyalardan istifadə edərək həll etməyə əhəmiyyət veririk. Websuper bizneslərin ehtiyaclarını dəqiq təhlil edir, müştərilərinin tələb etdiyi sistemləri və tətbiqləri optimal səviyyədə inkişaf etdirir.

Websuper

Websuper ilə rəqəmsal dünyada texnologiyanın gücünü hiss edin.

alt

01

MİSSİYAMIZ

İnnovativ veb-həllərlə layihələrinizə yeni həyat veririk

Websuper virtual və rəqəmsal dünyada müştərilərinə dizayn və proqramlaşdırma sahəsində veb xidmətləri, proqramlaşdırma xidmətləri, loqo, brendinq, UI/UX və s. rəqəmsal xidmətlər təqdim edərək müştərilərinin tanıtımını və məhsuldarlığını artırmaq məqsədi daşıyır. Biliyimiz, həll yollarımız, dinamik quruluşumuz, gənc komandamız və müştəri yönümlü yanaşmamızla bu sektorda müsbət istiqamətdə yüksəlməyə davam edirik. Sizə ən uyğun həlli təklif etmək üçün sizi dinləyir və fikirlərinizə əhəmiyyət veririk. Keyfiyyət standartları ilə öz sahəsində güclü bir şirkət olaraq mövqe tutan və sektorunda etibarlılığa əsaslanan Websuper müştəriləri ilə birlikdə böyümək perspektivinə malikdir.

Biz gördüyümüz hər işə böyük əhəmiyyət veririk və hər zaman ən yaxşısını etməyə çalışırıq. Problemlərdən qaçmır, onları həll edirik. Problem nə qədər mürəkkəb olsa, onu həll etmək bizim üçün bir o qədər zövqlü, maraqlı olar. Biz həll etdikcə dəyişir, yenilənirik və inkişaf edirik.

Websuper

Websuper ilə rəqəmsal dünyada texnologiyanın gücünü hiss edin.

alt

PERSPEKTİVİMİZ

Yaratdığımız və təkmilləşdirdiyimiz bütün layihələrdə istifadəçi dostu interfeys və istifadə asanlığı prinsipi ilə işləyirik

Asset 2

Xidmətlərimiz


Veb-saytlar,

mobil aplikasiyalar

Daha ətraflıKlikləyinDaha ətraflı

Veb Dizayn xidmətləri

Daha ətraflı

Niyə biznesinizin
veb sayta ehtiyacı var?

RƏQƏMSAL DÜNYADA TEXNOLOGİYANIN GÜCÜNÜ HİSS EDİN

Veb-sayt sizə yeni müştərilər və güvən qazandırır
56
Sizi 7/24 fəaliyyətdə saxlayır
82
Sizi bazarda rəqabətə daha davamlı edir, satışınızı artırır
36

İşlərimiz

Əməkdaşlıq etdiyimiz şirkətlər